Dünya Çempionatının püşkü atıldı

Braziliyada keçiriləcək Dünya Çempionatının püşk atma mərasimində iştirak edəcək milli komandaların hansı torbalarda yer alacağı məlum olub. "Axar.az"ın məlumatına görə, çempionata ev sahibiliyi edəcək Braziliya ilə yanaşı I torbada yer alacaq komandalar İspaniya , Almaniya , Argentina , Kolumbiya , Belçika , İsveçrə və Uruqvay milli yığmalarıdır. Digər torbalarda isə komandaların dünya sıralamasındaki reytinqinə görə deyil, ölkələrin yerləşdikləri qitələrə görə formalaşdırılıb . Beləliklə Afrikanın 5 və Cənubi Amerikanın 2 milli komandaları II torbada , Asiyanın 4 və Şimali, Mərkəzi Amerikanın 4 millisi III torbada, Avropanın 9 milli yığmaları IV torbada yer alıb. Qaydalara görə, eyni qitədən iştirak edən ölkələr eyni qrupa düşməyəcək. Yalnız Avropanın 2 ölkəsinin millisi bir qrupda yer ala biləcək. Dünya Çempionatında iştirak edəcək milli komandaların torbalarda yer aldığı siyahı belədir: 1. Torba : Braziliya , Argentina , Kolumbiya , Uruqvay , Belçika , Almaniya, İspaniya , İsveçrə
2. Torba : Əl Cəzayir , Kamerun , Kotdivar , Qana , Nigeriya , Çili , Ekvador
3. Torba : Avstraliya , İran , Yaponiya , Cənubi Koreya , Kosta Rika , Honduras , Meksika , ABŞ
4. Torba : Bosniya və Herseqovina , Xorvatiya , İngiltərə , Fransa , Yunanıstan , İtaliya , Hollandiya , Portuqaliya , Rusiya


AzNews.az