- Köhnə - İdman
- 13 Yanvar 2014 19:11
- 3 145
“Xəzər Lənkəran“ xorvat qapıçı ilə müqavilə imzaladı
Trend klubun saytına istinadən məlumat verir ki, 30 yaşlı V.Tomiç ölkəsinin RNK "Split", "Medimurye" və "Hayduk Split" klublarında çıxış etdikdən sonra ilk dəfə Türkiyədə legioner həyatını yaşayıb. Türkiyə Superliqasının təmsilçisi "Karabükspor"un heyətində üç mövsüm ərzində 80-ə yaxın oyunda çərçivəni qoruyan qolkiperin son klubu Moldova "Şerif"i olub.
Qapıçı ilə "Xəzər Lənkəran" arasında bir il müddətinə müqavilə imzalanıb.
AzNews.az