19:24
(077) 610-22-33

“Milan”a yeni baş məşqçi təyin edildi

  • >
273 14 Yanvar 2014 10:21 | İdman


İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, dünən istefaya göndərilən Massimiliano Aleqqrini Klarens Zedorff əvəzləyəcək.

"Milan" sabiq oyunçusu ilə 2 illik müqavilə bağlayacaq. Son mövsümü Braziliyanın "Botafoqo" klubunda keçirən 37 yaşlı hollandiyalının təyinatı yanvarın 16-da rəsmiləşəcək. Tərəflər arasında danışıqların müsbət yekunlaşdığı, Zedorffun futbolçu karyerasını bitirərək, məşqçiliyə başlamağa razı olduğu bildirilir.

Zedorffun "Milan"ın sabiq oyunçuları olan həmyerliləri Yap Stam, Patrik Klyuvert və argentinalı Ernan Krespodan ibarət məşqçilər korpusu formalaşdırılacağı gözlənilir.

Qeyd edək ki, Klarens Zedorff 2002-2012-ci illər aralığında "Milan"ın şərəfini qoruyub. O, "rossoneri"lərin heyətində 2 dəfə ölkə çempionu tituluna sahib çıxıb, Çempionlar Liqasının, İtaliya Kubokunun, UEFA və İtaliya Superkubokunun, həmçinin klublar arasında keçirilən qitələrarası dünya çempionatının qalibi olub.


AzNews.az
Bağla X