- Köhnə - İdman
- 21 Yanvar 2014 12:04
- 2 498
Dünya şahmat tacına iddialılar- Siyahı
Apasport.az saytının məlumatına görə, 8 qrossmeyster martın 12-30-da Xantı-Mansiyskdə keçiriləcək yarışda iştirakını təsdiqləyib.
Belə ki, turnirə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla (Qran-prinin ikincisi) yanaşı, Vişvanatan Anand (Hindistan, sabiq dünya çempionu), Vladimir Kramnik (Rusiya, Dünya Kubokunun qalibi), Dmitri Andreykin (Dünya Kubokunun finalçısı), Veselin Topalov (Bolqarıstan, Qran-prinin qalibi), Levon Aronyan (Ermənistan, reytinqə görə), Sergey Karyakin (Rusiya, reytinqinə görə) və Pyotr Svidler (Rusiya, ev sahiblərinin namizədi) mübarizə aparacaq.
Qeyd edək ki, yarışın təqvimi fevralın 13-də açıqlanacaq.
AzNews.az