- Köhnə - İdman
- 11 Sentyabr 2012 12:26
- 3 662
Bayılda ilk dəfə festival keçiriləcək
Festival qadın futboluna dəstək məqsədilə təşkil edilir
AzNews.az xəbər verir ki, sentyabrın 17-də Bayıl stadionunda "Live your goals" festivalı keçiriləcək. Tədbir saat 18:00-da başlayacaq. Saat 17:30-da isə festivala həsr olunmuş mətbuat konfransı təşkil ediləcək.
Xatırladaq ki, bu, qadın futbolunun təbliğatı məqsədilə keçirilən 6-cı "Live your goals" festivalı olacaq. Buna qədər ilk dəfə mart ayında AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçirilmiş festival daha sonra apreldə Zaqatala Olimpiya İdman Kompleksində, iyun ayında Quba Olimpiya İdman Kompleksində, iyulda Şəki şəhər stadionunda, avqustda isə Masalı Olimpiya İdman Kompleksində təşkil olunmuşdu.
AzNews.az