12:17
(077) 610-22-33

Milli komandamız çempion oldu

  • >
695 27 Avqust 2014 07:56 | İdman

Azərbaycan Üzgüçülük Federasiyasının 1998-1999-cu il təvəllüdlü idmançılardan ibarət vaterpol milli komandası Brest şəhərində keçirilmiş beynəlxalq turnirin qızıl medallarına sahib olublar.



Trend-in məlumatına görə, bunu Federasiyanın mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov deyib.

Onun sözlərinə görə, dairəvi sistem üzrə keçirilən yarışmada Azərbaycan vaterpolçuları ilə yanaşı Polşa, Litva və Belarus idmançıları da iştirak edib. 3 gün davam edən qarşılaşmalarda iki oyunda rəqiblərinə qalıb gəlməyi bacaran Azərbaycan və Polşa vaterpolçuları turnirin qalibi adı uğrunda dünən final görüşünü keçiriblər. Gərgin keçən oyun 9-7 hesabı ilə həmyerlilərimizin qələbəsi ilə bitib və Azərbaycan millisi qızıl medallara sahib olub. Polşalılar ikinci, Belarus vaterpolçuları isə cəmi bir qələbə ilə 3-cü yerlə kifayətləniblər. Bütün oyunları məğlubiyyətlə başa vuran Litva təmsilçiləri isə sonuncu pillədə qararlaşıblar.

Məlumat üçün bildirək ki, Azərbaycan Üzgüçülük Federasiyasının 1998-1999-cu il təvəllüdlü idmançılardan ibarət vaterpol milli komandası avqustun 17-dən etibarən təlim məşq toplantılarına start verib və 7 gün məşqlərin ardından vaterpolşularımız beynəlxalq turnirdə güclərini sınayıblar. Təlim məşq toplantısında 16 idmançı iştirak edib.

AzNews.az
Bağla X