05:57
(077) 610-22-33

Azərbaycanda hansı məhsullar bahalaşıb? - Statistika

  • >
1 807 11 Avqust 2016 14:48 | İqtisadiyyat

2016-cı ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,7 faiz bahalaşıb.


AzNews.az Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, 2016-cı ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşmış, qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1,0 bahalaşmışdır. Ay ərzində qarabaşaq, yulaf və arpa yarmasının, mal və toyuq ətinin, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, albalının, gilasın, əriyin, çiyələyin, göyərtinin, sarımsağın, soğanın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, yumurtanın, almanın, armudun, bananın, alçanın, gavalının, şaftalının, qarpızın, yemişin, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, yerkökünün, çuğundurun, kartofun, tütün məmulatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor və kompyuterlərin, telefon və fotoaparatların qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən elektrik enerjisi təchizatı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bağla X