06:03
(077) 610-22-33

Azərbaycanda dərmanlar bahalaşacaq? - Tarif Şurasından açıqlama

  • >
2 420 17 Avqust 2016 11:40 | İqtisadiyyat

Tarif Şurası Azərbaycanda dərmanların qiymətlərinin bahalaşması haqda məlumatlara münasibət bildirib.


AzNews.az qurumun saytına istinadən xəbər verir ki, qiymətlərinin bahalaşması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlarla əlaqədar dövlət qeydiyyatına alınan 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75%-i) hazırda təsdiq edilən qiymətlərlə satışdadır. Digər 2503 dərman vasitəsinin (25%-nin) təsdiq edilən qiymətlərin isə cari ilin 1 sentyabr tarixindən qüvvəyə minəcəyi bildirilib.

Şuradan bildirib ki, 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.

Bundan əlavə, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyildir.

Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib: (keçid: http://tariff.gov.az/documents/DVA.pdf).
Bağla X