ABŞ-ın Corctaun Universitetinin professoru Sam Potolicchio İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Təsir, əminetmə və ictimai nitq” mövzusunda seminar keçirib. ABŞ-ın Corctaun Universitetinin professoru Sam Potolicchio İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Təsir, əminetmə və ictimai nitq” mövzusunda seminar keçirib.

Cortaun Universitetinin professoru İİTKM-də mühazirə oxuyub- FOTO

ABŞ-ın Corctaun Universitetinin professoru Sam Potolicchio İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Təsir, əminetmə və ictimai nitq” mövzusunda seminar keçirib.

AzNews.az xəbər verir ki, Meet-up formatında keçirilən seminarda auditoriyanın müəyyən edilməsi, nitqin bunun üzərində qurulması və digər sahələr üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.