17:18
(077) 610-22-33

“Hundai” və “Kia”nın avtomobili geri çağırıldı- Nasazlıq var (Modellərin siyahısı)

  • >
6 385 12 May 2017 12:35 | İqtisadiyyat

“Hundai” və “Kia”nın 240 min avtomobili geri çağırılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobillərin geri çağırılması ilə əlaqədar Cənubi Koreya hökuməti göstəriş verib.

Sözügedən şirkətlərin istehsal etdiyi 12 avtomobil modelində nasazlıq aşkarlanıb. Məhsullarda olan nasazlığı “Hundai” şirkətinin sabiq əməkdaşı üzə çıxarıb.

Cənubi Koreya hökuməti ilk dəfədir ki, avtomobillərin geri çağırılması ilə əlaqədar icbari şəkildə qərar qəbul edir. Buna səbəb isə “Hundai” rəhbərliyinin könüllü şəkildə belə bir addım atmaq istəməməsi olub.

“Kia” “Hundai” şirkətinin filialı olaraq fəaliyyət göstərir. “Hundai” rəhbərliyi avtomobillərin könüllü şəkildə geri çağırılmamasına səbəb kimi sözügedən modellərdə olan qüsurların təhlükəsizlik sistemi ilə əlaqədar olmamasını göstərib.

Qüsurlu avtomobillər arasında “Hundai i30”, “Sonata”, “Genesis”, “Mohave”, “Carnival” modellərinin adı çəkilir. Onların qüsurlu hissələri vakum borusu, yanacaq şlanqı, parketmə əylənci, işıqlar və digər hissələri hesab olunur.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X