21:48
(077) 610-22-33

“Nissan” 1.2 milyon avtomobili geri çağırdı

  • >
2 528 3 Oktyabr 2017 12:12 | İqtisadiyyat

Yaponiyanın “Nissan” avtomobil istehsalçısı 1.2 milyon avtomobili geri çağırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb son 3 ildə istehsal olunan modellərdə təhlükəsizlik sisteminin daxili standartlara cavab verməməsidir. Şirkətin baş icraçı direktoru Hiroto Saikava vəziyyətlə əlaqədar müştərilərindən üzr istəyib.

Təhlükəsizlik qüsurları “Serena” və “Note” modellərini əhatə edir.

Qüsurları aradan qaldırmaq şirkətə 220 milyon dollara başa gələcək. “Nissan” rəhbərliyinin bu qərarı şirkət səhmlərinin 5 faiz ucuzlaşmasına səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X