SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib. SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib.

SOCAR MDB-də birinci oldu

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib.

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi (YDM) MDB-də ən yaxşı YDM seçilib.

Bu barədə SOCAR məlumat yayıb. “SOCAR Energy Ukraine” şirkətinə məxsus Odessa şəhərindəki yanacaqdoldurma məntəqəsi “Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalının ekspert komissiyasının araşdırmasına əsasən MDB ölkələrində ən yaxşı məntəqə seçilib.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir və şirkət 2009-cu il dekabrında yaradılıb. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın topdan və aviasiya yanacağının topdan satışını həyata keçirməkdən ibarətdir. SOCAR tərəfindən şirkətə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 286 milyon dollar həcmində sərmayə yatırılıb. Şirkətin Ukrayna ərazisində 61 YDM-i fəaliyyət göstərir. Ukraynada “SOCAR Energy Ukraine” şirkətinə məxsus 4 neft bazası Kiyev, Odessa, Lvov və Xarkov şəhərlərində fəaliyyət göstərir. Bu ilin birinci yarısında “SOCAR Energy Ukraine” ölkəyə 250 milyon kubmetr təbii qaz idxal edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. (AZƏRTAC)

AzNews.az