15:06
(077) 610-22-33

Vergidən yayınan müəssisələr cəzalandırıldı

  • >
688 8 Avqust 2012 09:34 | İqtisadiyyat

Onların sayı 3 mindən çoxdur



Ötən ay ərzində Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin pozulması halları aşkar edilib.Qurumun analitik mətbuat xidmətindən AzNews.az-a verilən məlumata əsasən, iyul ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərinin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3 297 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
1589 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 394 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 119 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 501 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı 547 vergi ödəyicisi tərəfindən 548 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 120 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 27 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmadan 367 ədəd mal olduğu aşkarlanıb. Aşkar olunan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Mirvari Nəcəf
AzNews.az
Bağla X