00:27
(077) 610-22-33

Buğda da artıb, qiyməti də

  • >
843 17 Avqust 2012 15:44 | İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az saytına məlumat veriblər ki, Azərbaycanda buğda tədarükü ötən ilə nisbətən 12,2% artıb. Bu günədək buğda əkini sahələrinin 682 629 hektarında və ya əkin sahələrinin 99%-də biçin başa çatıb. Bu sahələrdən 1 835 037 ton buğda yığılıb ki, bu da ötən ilin eyni vaxtına nisbətən təqribən 200 min ton və ya 12,2% artıqdır.


Ancaq buna baxmayaraq, Azərbaycanda buğdanın qiyməti keçən ilə nisbətən daha bahadır. Apardığımız araşdırma zamanı məlum olur ki, keçən il yüksək keyfiyyətli buğdanın bir tonunun qiyməti 230-250 manat, bu il isə 280-300 manata bərabərdir.

Buğdanın qiymətinin bu il keçən illə müqayisədə niyə baha olduğunu öyrənmək üçün İqtisadi İnkişaf Nazirliyinin Mətbuat Xidmətinin rəisi Abbas Əliyevə müraciət etdik.

Abbas Əliyev də buğda tədarükünün artmasını təsdiq edərək bildirdi ki, dövlət səviyyəsində isə buğdanın qiymətində hər hansı bahalaşma qeydə alınmayıb: "Bu bahalaşma pərakəndə satışda ola bilər".


Bahadur Eyuboğlu

AzNews.az

Bağla X