02:32
(077) 610-22-33

Bakı Tikiş Evi müflisləşir

  • >
891 25 Avqust 2012 10:57 | İqtisadiyyat

Saxta formalar 1,4 milyon kreditin ödənilməsini çətinləşdirir



"Bakı Tikiş Evi paytaxt bazarlarına Çindən gətirilən saxta məktəbli formalarının müsadirə edilməsinə çalışsa da, hələlik bu cəhdlər heç bir nəticə verməyib". Bunu AzNews.az-a açıqlamasında Baki Tikiş Evi Səhmdar Cəmiyyətinin sədri Fədail Rəhimov bildirib.

Onun sözlərinə görə, hazırda anbarda 90 minə yaxın məktəbli forması qalır ki, satışlar belə davam edərsə BTE kreditlərin və 700 nəfər əməkdaşın əmək haqqının ödənilməsində çətin vəziyyətlə üzləşəcək:"Beynəlxalq Bankdan məktəbli formalarının istehsal olunduğu parçaların alınması üçün 1milyon 400 min manat kredit götürmüşük. Bakıya təkcə saxta məktəbli formaları yox, hətta tikilməsi üçün astar və parçalar da gətirilib. Əgər bu saxta formalar müsadirə edilməsə, biz məhkəməyə müraciət edəcəyik".

Qeyd edək ki, paytaxtda ötən dərs ili öncəsi məktəbli formalarının əldə edilməsində yaranan növbələrin təkrarlanmaması üçün BTE 20-yə yaxın mağaza açıb. Bakının bütün rayonlarını əhatə edən mağazalarda satışa çıxarılan məktəbli formalarının qiyməti ölçüsündən asılı olaraq dəyişir. I-VI siniflər üçün köynək, jilet, pencək, şalvar və ya ətəyin daxil olduğu geyim dəstinin qiyməti 40-45, VII-XI sinif şagirdləri üçün 53-55 manatdır:"Saxta formaların qiyməti bəzən bizim malların qiymətlərindən də baha olur. Amma mal sahibləri sentyabrın əvvəllərində qiymətləri ucuzlaşdıraraq mallarını satmağa çalışacaqlar".

E.Əlosmanqızı
AzNews.az
Bağla X