09:19
(077) 610-22-33

İran prezidentindən şok etiraf

  • >
1 024 5 Sentyabr 2012 08:37 | İqtisadiyyat

Mahmud Əhmədinejat sanksiyaların ölkə iqtisadiyyatına ciddi zərər yetirdiyini deyib



İran prezidenti Mahmud Əhmədinejat sanksiyaların ölkə iqtisadiyyatına ciddi zərər yetirdiyini etiraf edib. AzNews.az-ın ria.ru saytına istinadən verdiyi xəbərə görə, İran prezidenti bununla belə ölkənin iqtisadi çətinliklərlə baş edə biləcəyini deyib.

"Neftin satışı ilə bağlı bir sıra problemlər var. Biz çalışırıq ki, onları yoluna qoyaq". O, həmçinin bildirib ki, bunun üçün bir az vaxt tələb olunur. "Bizim neftimiz var, dünyanın da neftə ehtiyacı. Ona görə də biz bu problemi həll edə biləcəyik".

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı bu ölkəyə ABŞ-ın rəhbərliyi ilə bir sıra Avropa ölkələri sanksiya tətbiq edib.

Sadiq
AzNews.az
Bağla X