08:43
(077) 610-22-33

Saakaşvili səfirlərə şərabı reklam etməyi tapşırdı

  • >
553 6 Sentyabr 2012 10:41 | İqtisadiyyat

Mixail Saakaşvili xaricdə çalışan diplomatik nümayəndəliklərə əmr verib ki, gürcü şərabının xaricdə reklamı ilə məşğul olsunlar.

AzNews.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, Saakaşvili Kvarelidəki yeni şərab zavodunu ziyarət edərkən bu barədə bildirib: "Bu gün mən bütün səfirlərdən xahiş etdim ki, gürcü şərabının tanıtımı ilə məşğul olsunlar. Ancaq bu yolla insanlar gürcü şərabı haqqında məlumatlı olacaqlar. Bu gün məqsədim budur.

Biz 3-4 ildən sonra şahidi olacağıq ki, bizim şəraba tələbat artıb. Bunun üçün biz çox sərmayə qoymalıyıq. Hazırda Vaşinqtonda gürcü şərabının barı açılır. Bara gələn hər qonağa kiçik şərab butulkasını verməklə biz özümüz haqqında dünyaya səs sala bilərik. Sonra isə qiymətləri qaldıracağıq".

Onun sözlərinə görə, gələn ildən Gürcüstanda 5 yeni şərab zavodu fəaliyyətə başlayacaq.

AzNews.az
Bağla X