- Köhnə - İqtisadiyyat
- 10 Sentyabr 2012 12:58
- 3 097
İranda valyuta rekord həddə bahalaşıb
İranda sanksiyaların təsiri nəticəsindən valyuta ehtiyatlarının azalması və bunun nəticəsində bahalaşma müşahidə olunur. Son 6 ay ərzində İranın valyuta bazarlarında xarici valyutaların İran rialına nisbətən məzəndəsi 200 faizdən çox bahalaşıb.
İran neftinin ixracının azalması və ölkəyə daxil olan valyutanın azlığı ölkədə xarici nominatların baha satılmasına gətirib çıxarır. İndiyə qədər Mərkəzi Bankın bunun qarşısını almaq məqsədi ilə apardığı işlər nəticəsiz qalıb.
Alpər
AzNews.az