Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda, Şərəfə kəndində günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib. Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda, Şərəfə kəndində günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib.

Bakıda biznes mərkəzindəki güllələnmənin səbəbi məlum oldu

Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda, Şərəfə kəndində günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, məlum qətl hadisəsinin təfərrüatları da məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb. Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib.

Özündən 4 yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün sonra, yəni dünən iş gələrkən evdən özünə məxsus olan və ov tüfəngi kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə keçinib.

Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib və təslim olub.