19:10
(077) 610-22-33

Bakı Şəhər Baş Polis İdarəsi Yasamaldakı atışmayla bağlı açıqlama yaydı

  • >
309 6 Fevral 2013 09:41 | Kriminal

Bakı Şəhər Baş Polis İdarəsi Yasamal rayonunda baş verən silahlı insidentlə bağlı məlumat ayıb.

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 5-də saat 22.30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən "Elbaro" restoranında Bakı şəhər sakini - 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu ona məxsus "Sayqa" markalı ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğluna və oğlu 1993-cü il təvəllüdlü Eminə bud nahiyəsindən xəsarət yetirib. Yasamal rayon Polis İdarəsi, 28-ci Polis Bölməsi keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov tutulub.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

AzNews.az
Bağla X