07:44
(077) 610-22-33

40 manata görə dostunu öldürdü - TƏFƏRRÜAT

  • >
312 6 Fevral 2013 10:51 | Kriminal

Ağcabədi rayonunda gənc oğlan əlini insan qanına batırıb




"Mənə 40 manat borclu idi. Bir ay idi, qapısına ayaq döyürdüm. Vermədi, axırı da belə oldu". Bu sözlər əlini bir yerdə çörək pulu qazandığı tanışının qanına batıran 22 yaşlı, Sarvanlar kənd sakini Nurəddin Süleymanovun ilkin ifadəsindəndir.

N.Süleymanov özündən 7 yaş böyük olan Xalid Həsənovla əvvəllər bir yerdə Bakıya çörəkpulu qazanmağa gəliblər. Sonradan işləri alınmadığından Ağcabədiyə qayıdıblar. Elə həmin vaxtdan Xalidin ona borcu olub. Borc üçün bir neçə dəfə onun yaşadığı Minəxorlu kəndinə gedib. Ötən gün borc üçün gedib və Xalidi bayıra çağırıb. Mübahisələri yaranıb və özündən böyük olan Xalid tərəfindən döyülüb. Əsəbləşən Nurəddin cibindəki bıçağı çıxararaq ona 3 zərbə vurub. Bıçaqdan biri Xalidin ürəyinə sancıldığından dünyasını dəyişib.

Ağcabədi polisi qaçıb gizlənən Nurəddini tutaraq istintaqa təhvil verib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az
Bağla X