19:51
(077) 610-22-33

Moskvada azərbaycanlı iş adamı oğurlandı

  • >
273 12 Fevral 2013 08:56 | Kriminal

Polis onu oğurlayan 5 azərbaycanlını həbs edib



Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Moskvada talan və quldurluqla məşğul olan, azərbaycanlılardan ibarət dəstənin fəaliyyət göstərdiyi barədə məlumat alınıb. Əməliyyat - axtarış tədbirləri nəticəsində dəstənin izinə düşmək mümkün olub. Ötən bazar günü dəstə adı açıqlanmayan azərbaycanlı iş adamını oğurlayaraq pul tələb edib. İş adamının Moskvada meyvə - tərəvəzin topdansatışı bazalarının olduğu bildirilir.

İş adamı yeni mal almaq üçün yanında çox miqdarda pulla evindən çıxıb maşınına yaxınlaşarkən 3 nəfər ona hücum edib. Şəxslərdən biri onun ayağına atəş açıb və daha sonra maşına qoyaraq aparıblar. İş adamının yanında olan 70 min rubl, açar və sənədlər alınıb.

İş adamını qaçırdıqları maşın işıqforda dayananda xüsusi təyinatlılar maşına hücum edərək girovu azad ediblər.
Araşdırma nəticəsində məlum olub ki, iş adamının oğurlanması planı əvvəlcədən hazırlanıb. Saxlanılanlardan əldə qayırılmış tapança və 5 patron götürülüb.

Elnarə
AzNews.az

Bağla X