20 ildir Rusiyada saxta ad altında gizlənən Azərbaycandan olan cinayətkar qrupun lideri Moskvada polis tərəfindən saxlanılıb. 20 ildir Rusiyada saxta ad altında gizlənən Azərbaycandan olan cinayətkar qrupun lideri Moskvada polis tərəfindən saxlanılıb.

Azərbaycandan olan cinayətkar qrupun lideri Moskvada saxlanılıb

20 ildir Rusiyada saxta ad altında gizlənən Azərbaycandan olan cinayətkar qrupun lideri Moskvada polis tərəfindən saxlanılıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, 49 yaşlı cani Azərbaycan ərazisində törədilmiş soyğunçuluq, oğurluq və quldurluq üçün beynəlxalq axtarışda olub. Həmçinin o, 1997-ci ildən etibarən cinayət məsuliyyətindən gizlənib, başqa vətəndaşın xarici pasportunu istifadə edərək, Rusiya vətəndaşlığı və pasport alıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu adda ölkədə tamamilə fərqli bir insan yaşayır.

O, Rusiya vətəndaşlığını qeyri-qanuni yolla alıb və artıq verilmiş pasport etibarsız sayılıb.

Saxlanılan şəxsin Rusiyada digər cinayətlərdə əli olub-olmadığı yoxlanılır.