Ağdamda mağazadan oğurluq edən dəstə saxlanılıb. Ağdamda mağazadan oğurluq edən dəstə saxlanılıb.

Ağdamda oğurluq edən qardaş-bacı saxlanılıb - Foto

Ağdamda mağazadan oğurluq edən dəstə saxlanılıb.

AzNews.az xəbər verir ki, hadisə rayonun dörd yol-1 qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Nicat Haqverdiyev şəxsi mağazasından geyim əşyalarının oğulanması haqqında hüquq-mühafizə orqanlarına məlumat verib. Polis əməkdaşlarının apardığı araşdırma zamanı oğurluq edən şəxs Yevlax rayon sakini Samir Bəkirov olduğu müəyyən edilib.

Dindirmə zamanı Samir Bəkirov bu hadisəni bacısı Roza Xasanova və onun Zərnigar adlı qonşusu ilə birlikdə etdiyini etiraf edib. Hər üç şüphəli şəxs Ağdam polisi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Saxlanılan şəxslərin əvvəllərdə qrup şəklində oğurluq etdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description