23:13
(077) 610-22-33

18 yaşlı Sumqayıt sakini qətlə yetirildi

  • >
292 7 Dekabr 2013 12:16 | Kriminal

Dünən Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

AzNews.az-a Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə dünən axşam baş verib. Bıçaqlanma Sumqayıt şəhəri 47-ci məhəllənin ərazisində olub. Nəticədə şəhər sakini 18 yaşlı Məmmədsaleh Şükürov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada keçinib.

Prokurorluqdan aldığımız məlumata görə, fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan o da bildirilib ki, artıq saxlanılan da var.
Belə ki, Ruslan Rafael oğlu Quliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam edir.

Ruhiyyə
AzNews.az
Bağla X