“Sxodka”ya polis basqını: 50 nəfər saxlanıldı

Yanvarın 19-da Moskvada xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı "Строгинская пойма" restoranında "sxodka" yarımçıq kəsilib.

AzNews.az Rusiya mətbuatna istinadən xəbər verir ki, "sxodka" iştirakçısı olan 50-yə yaxın şəxs saxlanılıb.

Saxlananlar arasında 42 yaşlı "qanuni oğru" Konstantin Vasilyev də var. Kriminal aləmdə Kostya Şram kimi tanınan "qanuni oğru" digər şəxslərlə bərabər polis bölməsinə aparılıb.

Məlum olub ki, K.Vsilyev "sxodka"da Vladimirovski vilayətindən olan nəzarətçiləri qəbul edib. Onlar Moskvaya bəzi məsələlərin həlli ilə bağlı gəliblər.

Saxlananlar arasında bu yaxınlarda Bankokqdan qayıdan "qanuni oğru" Vladimir Ozurski də olub. Vova Zyuzya ləqəbi ilə tanınan bu şəxslə yanaşı, "sxodka"da Muxa və Kostılın iştirakı da gözlənilib.

Lakin onlar "sxodka"ya qatılmayıb. Bu isə hər iki "qanuni oğru"ya "sxodka"ya polis basqını hazırlandığı barədə xəbərin çatdırılması ilə əlaqələndirilir.

Elnur
AzNews.az