20:04
(077) 610-22-33

Film kimi intihar, yoxsa qətl?

  • >
1 115 15 Aprel 2014 21:35 | Kriminal

7 aprel tarixində 7-ci sinif şagirdinin intihar xəbəri yayıldı. Yayılan məlumatda Qaraçuxur qəsəbəsində yaşayan 2001-ci il təvəllüdlü Azad Zaman oğlu Məmmədovun özünü asdığı və meyitinin asılmış halda anası tərəfindən tapıldığı bildirilirdi.


Xəbər Qaraçuxur qəsəbəsində hamını təəccübləndirdi: həmin gün məktəbdən qayıtdıqdan sonra səhərdən axşama kimi qardaşı ilə həyətdə topla oynayan uşaq özünü niyə assın?!

Modern.az-a daxil olan məlumata görə, uşaq heç də intihar etməyib. Bildirilir ki, bir müddət əvvəl əslən Ağdam rayonundan olan məcburi köçkün ata Zaman Məmmədov hazırda fəal olan dini cərəyanlardan birinə qoşulur. Cərəyana qoşulmaq ona ilk başda şirin görünsə də, az sonra bu yolun onun üçün olmadığını anlayır.

Lakin artıq gec olur. Bu yoldan ayrılmaq istəyini bildirdikdə evində kiçik oğlu Azad Məmmədovu asılmış halda tapır. Fikirləşəndə uşağın özünü uzun iplə hündür qaz borusundan asması heç bir məntiqə sığmır. Hadisə A.Məmmədovun özündən böyük qardaşının bağçada olan bacısını gətirmək üçün evdən ayrıldığı sırada baş verir. Qardaş və bacı evə daxil olarkən qorxunc mənzərənin şahidi olurlar. A.Məmmədov asılmış halda iki əli də boğazında vəfat edib. Bəlkə kiçik əllərilə ölümə müqavimət göstərmək istəyib. Lakin mümkün olmayıb. Hadisədən xəbər tutan ana dərhal atanı günhalandırmağa başlayır. Ata da özünü təqsirli bilərək bıçağa əl atır ki, özünü öldürsün, lakin ətrafdakılar mane olur.

Ailə indi qapalı qutu kimdir. Nə soruşursan cavab vermirlər, ana və digər iki uşağına da qəsd ediləcəyindən narahat olduğu üçün qorxu içində susur.

Modern.az saytı Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Əkbərovadan məsələyə münasibət öyrənib:

"Qaraçuxur qəsəbə sakini 2001-ci il təvəllüdlü Məmmmədov Azad Zaman oğlunun yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması faktına görə, Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə cinayət işi başlanıb. İş üzrə istintaq davam edir. İstintaqın gedişində hər hansı dəyişiklik edilməyib".

AzNews.az
Bağla X