- Köhnə - Kriminal
- 27 Sentyabr 2014 10:49
- 4 441
Azərbaycanda telekanal əməkdaşları döyüldü – Video
"Qafqazinfo" xəbər verir ki, həmin an kənardan keçən 99-GV-659 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobil dayanaraq içindən bir qrup şəxs çəkiliş qrupu tərəfə hücum edib. Kanal S-in xidməti avtomobilinə daxil olaraq orada olan müxbiriXələf Xələfov, operator Namiq Abdurahmanov, sürücü Ramil Rəsulovaqarşı fiziki güc tətbiq ediblər və maşında olan Kanal S-ə məxsus kameranı sındırıblar. Jurnalistlərə qarşı nalayiq sözlər işlədən bu insanlar, eyni zamanda kameranın yaddaş kartına həkk olunan materialı operatorun əlindən alıb çaya atıblar. Hadisə yerinə dərhal gələn hüquq-mühafizə və dövlət yol polisi əməkdaşları araşdırmaları apardıqları zaman həmin "Land Rover" markalı avtomobil bir neçə dəfə ərazidən keçib və onu lentə almaq mümkün olub.
Jurnalistlərin döyülməsinə və Kanal S-in kamerasının qırılmasına səbəb olan qəzada isə bir nəfər yüngül xəsarət alıb. Ona görə də öz əməllərini ört-basdır etməyə çalışıblar və avtomobili hadisə yerinin yaxınlığında olan ağaclıqda gizlədiblər. Belə ki, hadisə zamanı Hüseynov Hüseyn Kasçin oğluna məxsus 90-HP-152 nömrə nişanlı "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri, 43 yaşlı Bakı sakiniHüseynova Ayna Abid qızı xəsarət alıb. Yaralı TTTYS-nın əməkdaşları tərəfindən Şəki MRX-ya çatdırılıb. Qeyd edək ki, qəzaya uğrayan şəxslər toydan çıxıb və onların sərxoş vəziyyətdə olması ehtimal edilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.