09:58
(077) 610-22-33

İcra başçısının müavini həbs edildi - Yanğın cəzası

  • >
16 573 22 May 2015 14:31 | Kriminal

Bu gün Binəqədi İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov həbs edilib.

AzNews.az–a daxil olan məlumata görə, şöbə müdiri məhkəmə qərarından sonra Kürdəxanı İstintaq Təcridxanasına aparılıb.

Onun Azadlıq 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı başladılmış cinayət işi ilə əlaqədar saxlanıldığı deyilir.

Qeyd edək ki, Ə.Rəcəbov dünən də istintaqa çağırılmışdı.

Xatırladaq ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Bağla X