05:43
(077) 610-22-33

Fransada səhvən XVIII əsrə aid saray sökülüb

  • >
556 2 Dekabr 2012 11:49 | Maraqlı

Fransanın cənub-qərbində səhvən XVIII əsrdə tikilmiş "Bel Vü" sarayı sökülüb. Yerli sakinlərin sözlərinə görə, səhər oyanan kəndlilər möhtəşəm tikilinin yerində xarabalıq görüblər. Binanın sahibi biznesmen Dmitri Stroskin isə əsl şok keçirib.

AzNews.az-ın "Rossiya-24" telekanalına istinadən verdiyi xəbərə görə, binanın sahibi bildirir ki, meriya onunla binanın sökülməsi məsələsini deyil, ətrafdakı lazımsız tikililərin dağıdılması məsələsini müzakirə edib. İşi həyata keçirən Polşanın tikinti şirkəti səhvən bütün binanı söküb. D.Stroskin sarayı yenidən tikdirməyə söz verib və bildirib ki, bina sökülən tikilinin eynisi olacaq.

İnci
AzNews.az
Bağla X