04:38
(077) 610-22-33

Məhbus qaçmaq üçün açdığı dəlikdə sıxışıb qaldı - FOTO

  • >
948 6 Dekabr 2012 19:05 | Maraqlı

Braziliyanın Qoyas ştatında məhbuslardan birinin türmədən qaçmaq cəhdi uğursuz olmaqla yanaşı, gülüş doğurub. Məhbusun cüssəli olması onun divarda açdığı balaca dəlikdən keçməsinə mane olub. Kamera yoldaşları ilə birgə məhbus uzun müddət türmədən qaçmaq planı cızsa da, divarda açılan dəlik onun bədən ölçülərinə uyğun gəlməyib. Kişinin baş və çiyin nahiyəsi dəlikdən rahat keçib. Lakin "incə beli" divarda ilişib qalıb.

Valdao adlı məhbusun qışqırığı gözətçilərin diqqətini çəkib. Onlar dəlikdə sıxışıb qalmış Valdaonun əllərindən, divarın o tərəfindəki məhbuslar isə yoldaşlarını ayaqlarından çölə itələməyə cəhd ediblər. Sonda köməyə xilasedicilər gəlib. Onlar dəliyi genişləndirərək kişini azad ediblər. Amma türmədən deyil, sıxışıb qaldığı dəlikdən.

Həmin gecə Valdao ilə eyni kamerada cəza çəkən 4 məhbus isə qaçmağa müvəffəq olub. Onlar yoldaşlarından arıq olduqlarına görə planlarını həyata keçirə biliblər.

Hazırda polis qaçaqların axtarışındadır.

İnci
AzNews.az
Bağla X