01:13
(077) 610-22-33

Narkotikdən istifadə üçün xüsusi zal açıldı

  • >
325 23 Fevral 2013 09:37 | Maraqlı

Yaxın zamanda Fransada narkotik maddələrdən istifadə üçün nəzərdə tutulan zallar istifadəyə veriləcək



İlk belə mərkəz Fransa paytaxtı Parisdə açılacaq. Avropada artıq Almaniya, İspaniya, Norveç, Hollandiya, Lüksemburq kimi ölkələrdə ümumilikdə 80 belə zal var.

Parisdə açılacaq zal 200 nəfərə xidmət göstərəcək. Orada narkomanlarla əməkdaşlıq edən qeyri - hökumət təşkilatının üzvləri fəaliyyət göstərəcək. Bu təşkilat Parisin müxtəlif yerlərində narkomanları steril şprislərlə təmin edir. Paris Şurası sözügedən təşkilata 38 min avro ayrılması barədə qərar qəbul edib.

Yeni layihə narkomanların Paris küçələrindən yığışdırmaq, eləcə də yüksək dozadan ölmə faktlarının azaldılmasına xidmət edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X