Brenson bu mərci hələ 2010-cu ildə bağlamışdı. Milyarder və dostu, AirAsia şirkətinin sahibi Toni Fernandes mərc gəlmişdilər ki, kimin «Formula-1» yarışmasındakı komandası cari mövsümü daha aşağı nəticə ilə bitirsə, o, həmin aviaşirkətdə stüardessa olacaq. Brenson bu mərci hələ 2010-cu ildə bağlamışdı. Milyarder və dostu, AirAsia şirkətinin sahibi Toni Fernandes mərc gəlmişdilər ki, kimin «Formula-1» yarışmasındakı komandası cari mövsümü daha aşağı nəticə ilə bitirsə, o, həmin aviaşirkətdə stüardessa olacaq.

Milyarder yubka geyinib, stüardessalıq elədi

Brenson bu mərci hələ 2010-cu ildə bağlamışdı. Milyarder və dostu, AirAsia şirkətinin sahibi Toni Fernandes mərc gəlmişdilər ki, kimin «Formula-1» yarışmasındakı komandası cari mövsümü daha aşağı nəticə ilə bitirsə, o, həmin aviaşirkətdə stüardessa olacaq.



Britaniyalı milyarder, Virgin Group korporasiyasının banisi Riçard Brenson bu bazar AirAsia şirkətinin təyyarəsində stüardessalıq edib.

Bu barədə France-Presse agentliyi məlumat yayıb.

Qırmızı pencək, qırmızı dar yubka, corab geyinmiş Brenson bu gün düz beş saat yarım Avstraliyanın Pert şəhərindən Malayziyanın Kuala-Lumpur şəhərinə xüsusi reyslə uçan təyyarədə sərnişinlərə yemək və içki təklif edib.

Milyarder məşhur saqqalına dəyməsə də, ayaqlarını qırxıb, dodaqlarına al-qırmızı pomada sürtüb, gözlərinə kölgə çəkib.

AzNews.az