09:02
(077) 610-22-33

Teatr direktoru: «Bütün bu xəbərlər şaiyədir»

  • >
531 3 Dekabr 2012 11:34 | Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov Əməkdar artist İlqar Cahangirovun işdən qovulmasına münasibət açıqlayıb. AzNews.az-ın məlumatına görə, teatrın rəhbərliyi rəsmi şəkildə bildirir ki, bütün bu xəbərlər şayiədir: "Çünki İlqar Cahangirov öz xahişi ilə işdən azad olmaq üçün ərizə ilə kadrlar şöbəsinə müraciət edib və onun ərizəsinə müvafiq qaydada baxılmaqdadır.

O, teatrın repertuarında olan bir neçə tamaşada əsas rolların ifaçısıdır. Hələ ki, onun işdən azad edilməsi barədə rəsmi əmr yoxdur. Biz demokratik ölkədə yaşayırıq. Hər bir vətəndaşın işə qəbul olunmaq və işdən azad olunmaq hüququ vardır. Bu da İlqar Cahangirovun hüququdur".

Direktor bildirib ki, İ.Cahangirov siyasi əqidəsinə görə deyil, özünün də qeyd etdiyi kimi, daha yüksək məvacibli işdə çalışması ilə əlaqədar bu addımı atıb.

Bahar Rüstəmli
AzNews.az
Bağla X