22:22
(077) 610-22-33

Rostropoviç Festivalı başa çatdı

  • >
349 10 Dekabr 2012 12:03 | Mədəniyyət

Bakıda keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı öz işini başa vurub. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç idi.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Olqa Rastropoviç, dirijor Zubin Meta, "Maggio Musicale Fiorentino"nun bədii rəhbəri Françeska Kolombo və Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın iştirakı ilə mətbuat konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Fərəh Əliyeva Bakının altıncı dəfə ev sahibliyini etdiyi Mstislav Rortopoviç Festivalının ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu, musiqi bayramında dünyanın tanınmış ifaçı və kollektivlərinin iştirak etdiyini bildirib.

Sonra çıxış edən festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç festivalın uğurla keçdiyini vurğulayıb: "Bakı festivalı artıq ənənə halını almış və ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Festivalın Bakıda keçirilməsi bu şəhərdə doğulmuş və onu dərin məhəbbətlə sevmiş maestronun öz xahişi ilə bağlıdır. Bakı sakinləri dahi həmyerliləri ilə fəxr edir və onun xatirəsini əziz tuturlar".
Bununla da VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı başa çatıb.

Bahar Rüstəmli
AzNews.az
Bağla X