14:50
(077) 610-22-33

Şair İlyas Tapdıq vəfat etdi

  • >
5 896 25 Dekabr 2016 20:12 | Mədəniyyət

İlyas Tapdıq bu gün axşam saatlarında evində vəfat edib.


AzNews.az xəbər verir ki, bu barədə Kulis.az-a şair Ayaz Arabaçı məlumat verib.

Şair 82 yaşlı şair ürəyindən müalicə olunurdu.

Xatırladaq ki, şair və tərcüməçi İlyas Tapdıq 1930-cu ildə Gədəbəydə anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.
Bağla X