Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyevin 60 illik yubileyi qeyd olunacaq. Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyevin 60 illik yubileyi qeyd olunacaq.

Ələkbər Əliyevin 60 illik yubileyi qeyd olunacaq

Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyevin 60 illik yubileyi qeyd olunacaq.

Bu barədə AzNews.az-a teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib. O, bu münasibətlə Ələkbər Əliyevin teatrın direktoru Əliqismət Lalayev tərəfindən mükafatlandırıldığını vurğulayıb:

"Özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan aktyorun 60 illik yubileyi bu gün – 21 apreldə keçiriləcək. Həmin günü tamaşaçılara Ələkbər Əliyevin baş rolun ifaçısı olduğu Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” tamaşası nümayiş olunacaq."

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.

Bahar RÜSTƏMLİ

AzNews.az