07:43
(077) 610-22-33

Əkrəm Əylislinin şəkilləri “sürgün“ ediləcək

  • >
351 7 Fevral 2013 19:48 | Mədəniyyət


"Sabah ilə bağlı Yazıçılar Birliyində növbəti müzakirə keçiriləcək". Bu barədə Kulis.Az-a Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib.


Ədalət Əsgəroğlunun sözlərinə görə, Əkrəm Əylislinin Yazıçılar Birliyinin üzvü olub-olmamağı məsələsinin aydınlaşdırmaq məqsədilə dəqiqləşdirmə aparılacaq:

"Əkrəm Əylisli demişdi ki, Yazıçılar Birliyinin üzvlüyündən çıxmaq üçün ərizə yazmışam. Amma mən nə qədər axtarsam da o ərizəni tapa bilmədim. Əkrəm Əylisli kimə verib, ərizə hardadır, bilinmir. Biz müzakirəni o məqsədlə keçirəcəyik ki, dəqiqləşdirək, Əkrəm Əylisli Yazıçılar Birliyinin üzvüdür, yoxsa yox. Yazıçılar Birliyinin üzvüdürsə, üzvlük məsələsinə yenidən baxılacaq".

Ədalət Əsgəroğlu onu da deyib ki, Əkrəm Əylislinin Yazıçılar Birliyinin koridorunda asılmış fotoları yığışdırılacaq:

"Koridorda Xalq yazıçılarının fotoları var, o cümlədən Əkrəm Əylislinin. Ancaq o, bu fəxri addan məhrum edildiyi üçün fotoları da koridordan yığışdırlacaq".
Bağla X