Aktyor Kıvanç Tatlıtuğ “Hadi Be Oğlum” filmində hönkür-hönkür ağlayıb. Aktyor Kıvanç Tatlıtuğ “Hadi Be Oğlum” filmində hönkür-hönkür ağlayıb.

“Hadi Be Oğlum” hər kəsi göz yaşına boğacaq - Video

Aktyor Kıvanç Tatlıtuğ “Hadi Be Oğlum” filmində hönkür-hönkür ağlayıb.

AzNews.az xəbər verir ki, aktyorun ilk dəfə ata rolunda çəkildiyi "Hadi Be Oğlum” filminin ilk tizeri təqdim olunub. Sözügedən ekran işində Kıvançın tərəf müqabili Büşra Dəvəlidir. Baş qəhrəmanların uşaqları rolunu isə Əlixan Türkdemir canlandırıb.

Film bütün həyatını ünsiyyət problemi olan və hisslərini ifadə etməkdə çətinlik çəkən oğluna həsr edən balıqçının həyat hekayəsindən bəhs edir. Oğlu ilə əlaqə yaratmağa çalışdıqca özünü daha da tənha hiss edən atanın ən böyük arzusu oğlunun onu anlaması vəsevgisini hiss etməsidir. Atasının, anasının və sevdiyi qadının xatirəsini öz qəlbində daşıyan acılı atanın oğluna bəslədiyi sevgi zaman keçdikcə ikisinin də həyatını dəyişdirir.

Qayğıkeş ata obrazını ifa edən Kıvanç Tatlıtuğun hönkür-hönkür ağladığı təsrili səhnələr diqqət çəkib.

Qala gecəsi fevralın ortalarına planlaşdırılan filmin rejissoru Bora Egemendir(publika).