23:32
(077) 610-22-33

Baloğlan Əşrəfov: “Əbülfəz Qarayev mənə yavaşca dedi ki...”

  • >
1 058 14 Avqust 2012 08:13 | Mədəniyyət

"İndikilər nə qəzəl bilir, nə də şeir"



Əməkdar artist Baloğlan Əşrəfovun "Aznws.az"-a müsahibəsi:


- Bu gün sənət adamlarının əsas qazanc mənbəyi toylardır, onların heç biri toyxananı bəyənmir. "4-5 ildən sonra mən toyxana ilə tamam vidalaşacam, ciddi sənətlə məşğul olacam" deyir... Siz necə?


- Onu deyənlər mənimlə üz-üzə gələ bilər? Mən sübut edim ki, onların toy üçün yarım saatlıq da olsa, proqramı belə yoxdur. Toyda 1000 nəfər olur. Hərə bir tərəfdən gəlir, ayrı-ayrı xarakterə, xasiyyətə malikdir. Camaat oğluna, qızına toy etməsin? Toy elə bir məkandır ki, hərə bir janrda mahnı istəyir. Estrada, aşıq, xalq, yaxud da muğam... Müğənni bütün janrlarda oxumağı bilməlidir. Deyim ki, ay sifarişçi sən gözlə, mən filan janrda oxuya bilmirəm? Bunu necə demək olar? Sənə bu pulu nəyə görə verirlər? Elə şey yoxdur, "toyxana zorxanadır". Toyda oxumaq hər kişinin, hər qadının işi deyil. Bunun üçün savadın olmalıdır, yüzlərlə minlərə şeir bilməlisən. Bəyi, gəlini, ata-ananı, qohumları vəsf etməlisən, onların şərəfinə oxumalısan. Elə anlar olub ki, Nizaminin "Sənsiz"ini də oxumuşam, mətəəl qalıblar. Tələbat varsa, hər şeydən oxumaq lazımdır.


- Toy biznesində qalmaqal daha genişdir. Müğənnilərin toy məzənnəsi 5-10 mindən yuxarıdır. Bu biznesin iştirakçısı kimi toy müğənnilərinin səviyyəsi və peşəkarlığı barəsində nə deyə bilərsiniz?


- Toyları səviyyəli və peşəkarcasına aparan ancaq bizim dövrün sənətkarlarıdır. Vaxt vardı ki, rayonlarda toy 15 saat davam edirdi. Kiməsə 15 saat toy aparmaq asan gəlməsin. Görün mən nə qədər qəzəl, mahnı bilməliyəm ki, 15 saat camaatı əyləndirəm. İndikilər isə uzağı 3 mahnı oxuyur.


- Özü də həmin 3 mahnı fonoqram olur... Buna görə 5-10 min manatdan keçənlər kimlərdir?


- Məmurun pulu var, övladı da o, müğənniləri tələb edir, vəssalam. Ən dəhşətlisi bilirsiz nədir? Vaxt gələcək, bu gün özünü sənətkar hesab edən adamların apardıqları toylara baxıb xəcalət çəkəcəklər. Biri mənə zəng etdi ki: "Allah canını sağ etsin. Nə yaxşı toy aparmısan, baxıram, dincəlirəm". Dedim yəqin onun övladının toyunu aparmışam. Soruşanda dedi: "Yox, qonşunun toyudur. Mənim uşağımın kaseti elə gündədir ki, biz onu bağlayıb sandığa atmışıq. Bir də o kasetə baxmayacayıq". Allah bilir, orada nə hoqqabazlıqlar olub.


- "Toylar kral"ından niyə getdiniz?


- Mən toya gedən müğənniyəm. Orada oturmaq mənə əl vermirdi. Bir dəfə getmək, bir dəfə təxirə salmaq müsabiqəyə ziddir. Münsüf üzvü orada olmalıdır. Mənim də dolanışığım toydan çıxır. Dedim ki, bu "kral", o da siz, nə edirsinizsə edin. Münsiflər heyyətinə etirazım yoxdur. Hamısı musiqni bilən adamlardır. Biri var müsabiqəni dövlət təyin edir, pulsuz-parasız münsüflər seçir, biri də var hansısa bir kanal yarışma keçirir. Məsələn, millət vəkili Mehriban Əlyevanın təşkilatçılığı ilə müğam müsabiqəsi oldu, münsüflər heyətində 7 nəfər "əjdaha" oturdu. SMS də yox. Bu dəqiqə səhnəyə sənətdən bixəbər birisini çıxarsan SMS hesabına o, "toylar kralı" deyil, "toylar padişahı" olacaq. Bunlar televiziya kanallarının lahiyələridir. Elə kral var ki, onu tanıyan yoxdur, toya aparmırlar, evində qalıb. SMS-lə qalib olub, kimə lazımdır o? Sənət olmalıdır. Mənim oxumağım xalqın ürəyinə yatmırsa, hansı krallıqdan söhbət gedə bilər?


- Bir vaxt şou-biznesdə "birinci mənəm" deyə hamı bir-birini qırırdı. Amma bu gün həmin sənət adamları küncə çəkilib. Susmağın arxasında nə dayanır?


- Bu günün müğənnilər konsertdə təzə qəzəl, mahnı oxumurlar. Bir mahnı al, onu oronjiman etdirmək, klip çəkdirmək maliyyə tələb edir, buna kimin gücü çatar? Amma bizim dövrün sənətkarlarını səhnəyə buraxsan televizoru sökərlər. Çünki onlar çox şey bilirlər. İndikilər nə qəzəl bilir, nə də şeir. Kimi də bir cızmaqara edir 14 gündən sonra yaddan çıxır. Vəssalam. Bu yazıq neyləsin? Haçana kimi pul xərcləyib təzə mahnı alacaq? Repertuarımda mahnı var ki, 30 ildir oxuyuram. Biri var özüm oxuyam, biri də var xahiş etsinlər. Həmin mahnı üçün xahiş edirlər. Çünki söz də, musiqi də güclüdür. Bizim müğənnilər Azərbaycanın müasir şairlərinin şeirlərindən istifadə etmirlər. Demirəm, Füzuli, Nizami, heç olmasa müasirlərdən oxuyun. Baba Vəziroğlunun şeirlərini oxuyanda biri ürəyimə yaman yatdı, söz çox güclü idi. Götürdüm mahnı bəstələdim, Rəhmətlik Əlibala Hacızadənin "Nədəndir" şerini oxuyanda onunla heç tanış deyildim. İndi elə bir dövürdür ki, kim istəyir şeir yazısn və onu kitab halına salsın, mahnı bəstələtdirsin, klip çəkdirsin. 15 gündən sonra isə yaddan çıxır. Bu milləti mənasız şeirlərlə aldatmaq olmaz. Bizim Üzeyir bəydən üzü bu yana klassik bəstəkarlarımız var. Onların mahnıları bundan sonra hələ min il oxunacaq. Çünki sözləri güclüdür.


- Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevlə münasibətiniz nə yerdədir?


- Mən ondan yerdən göyəcən razıyam. Sənətə, sənətkara qiymət verən bir insandı.


- Heç onunla görüşmüsünüz?


- Bəli, bir dəfə. O da 6 il bundan əvvəl. Fəxri adların təqdimetmə mərasimi keçirilirdi. Əbülfəz Qarayev mənə əməkdar artist fəxri adının kitabcasını təqdim edəndə zaldan böyük alqışlar qopdu. Cənab nazir mənə dedi ki: "Baloğlan görürsünüz, səni nə qədər çox sevirlər. Siz bu adı çoxdan almalı idiniz". Mən də astaca dedim ki: "verəydilər də".


Lalə

AzNews.az

Bağla X