01:15
(077) 610-22-33

Yevlaxda “Həyatla oyun” oynanılacaq

  • >
618 31 Avqust 2012 12:56 | Mədəniyyət

Bu gün Bakı Uşaq Teatrı Yevlax rayonuna qastrol səfərinə gedəcək. Bu barədə AzNews.az-a teatrın direktoru İntiqam Soltan məlumat verib.

İ.Soltan bildirib ki, rəhbərlik etdiyi teatr Yevlaxda "Həyatla oyun" adlı tamaşa ilə çıxış edəcək. Qeyd edək ki, Arzu Soltanın müəllifi olduğu əsər elə onun quruluşunda təqdim olunacaq: "Biz əslində bu əsərin təqdimatını edirik.

Dünən bu tamaşa ilə Gəncə şəhərində səfərdə idik. Orada biz "Həyatla oyun" adlı tamaşa ilə Gəncə Dram Teatrında çıxış etdik. Tamaşaçılar və gəncəlilər Uşaq Teatrının kollektivini gözəl qarşıladı. Yevlaxda isə biz Kukla Teatrının binasında çıxış edəcəyik". Qeyd edək ki, hazırda teatrda daha bir tamaşa - "Şən klounlar" hazırlanır.

Bahar
AzNews.az
Bağla X