03:52
(077) 610-22-33

“İsanın qadını” “Qanun”da çıxdı

  • >
1 431 24 Aprel 2014 09:33 | Mədəniyyət

"Qanun" nəşriyyatı "Ən yeni ədəbiyyat" seriyasından Səxavət Sahilin "İsanın qadını" romanını çap edib. AzNews.az xəbər verir ki, romanın qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri-ciddi görünür, gülüş hədəfi olur. Geciksə də, "Təzə avtovağzal" ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həbsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. "İsanın qadını" ilə antik yunan və dini-mistik mətnləri arasında paralellər aparanda romanın "ikinci nəfəsi" açılır, qaranlıq mətləblər aydın olur.

Qeyd edək ki, kitabın redaktoru tanınmış yazar Kənan Hacıdır.

İntiqam Valehoğlu
AzNews.az
Bağla X