- Köhnə - Mədəniyyət
- 18 Sentyabr 2012 09:04
- 3 207
Musiqi günü Hacıbəyovu ziyarətlə başladı
S.Fərəcovun bildirdiyinə görə, tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Şuşa Rayon İcra Hakimiyyətinin başcısı, Opera və Balet Teatrının direktoru Akif Məlikov və musiqi xadimlərinin əksəriyyəti iştirak edir: "Mərasim təzə başlayıb.
"Şəbi-Hicran"xoru oxunur. Biz bütün müzey işçiləri hamılıqla buradayıq. Qonaqlar Üzeyir bəyin qəbiri üstünə gül dəstələri qoydu. Çıxış edənlər onunla bağlı xatirələr soyləyir. Hər birimiz musiqi günü ilə bağlı tanrıya minnətdarıq. Çünki Allah bizə belə bir istedad sahibi bəxş etdi. Neçə illər keçəcək onun yaradıcılığı gündəmdən düşməyəcək".
Bahar
AzNews.az