12:24
(077) 610-22-33

Şeyx yəhudiləri diqqətli olmağa çağırdı

  • >
1 001 22 Sentyabr 2012 09:34 | Mədəniyyət

Allahşükür Paşazadə: "Film dini zəmində qarşıdurma yaratmaq istəyən qüvvələrin sifarişi ilə çəkilib"



Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstarın rezidensiyasında yeni səfir təyin olunması ilə əlaqədar rəsmi tədbir keçirilib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə, Rus-pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşşein, Dağ Yahudiləri dini icmasının sədri Yevdayev Milix İlxanoviç və Avropa Yahudiləri dini icmasının sədri Zelmanoviç Gennadiy Konstantinoviç də iştirak ediblər.

Dini icma rəhbərləri arasında baş tutmuş söhbət zamanı ABŞ-da çəkilmiş və müsəlman aləmində qalmaqala səbəb olmuş "Müsəlmanların günahsızlığı" adlı film müzakirə edilib.

Mövzu ilə əlaqədar Hacı Allahşükür Paşazadə bildirib ki, həmin film dini zəmində qarşıdurma yaratmaq istəyən qüvvələrin sifarişi ilə çəkilib. O, yəhudi dini icma rəhbərlərinə sözügedən filmin çəkilişinə sərf olunmuş 5 mln.

ABŞ dollarının 100 nəfər yəhudi tərəfindən ödənildiyini xoşagəlməz hal olduğunu sərt şəkildə irad tutaraq, dünyada, həmçinin Azərbaycanda dini vəziyyətin gərginləşməsinə səbəb olduğunu söyləyib. Bütün Qafqazın şeyxi yəhudiləri diqqətli olmağa çağırıb.

AzNews.az
Bağla X