- Köhnə - Mədəniyyət
- 28 Sentyabr 2012 15:05
- 3 724
Ədalət Əsgəroğlu: “Bu məsələdə böyük bir ziyalı satqınlığı var”
Deyirdik ki, birdən pilləkənlərdən Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov düşər. Yaxşı düşməz. Özümüzü yığışdırıb keçirdik. Amma indi biz Yazıçılar İttifaqının qarşısından keçəndə fit çalırıq. Çünki bizim orada hörmət etdiyimiz yazıçı yoxdur".
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə saytımıza açıqlamasında belə dedi: "Ağakişi Kazımov bir rejissor olaraq, sənətində düzdə olsun. Zərər yoxdur, qoy o, Yazıçılar İttifaqının qarşısından nəinki çəpik çalıb, hətta şıllaq ata-ata keçsin".
Ə.Əsgəroğlunun fikrincə, bu məsələdə böyük bir ziyalı satqınlığı var: "Elə danışırlar ki, eşidəndə dəli olursan. Guya, bundan əvvəl yazdıqlarımız hamısı səhnəyə qoyulmuşdu? Bu saat təzə nə var? Əslində, bu söhbətlərdə böyük bir ziyalı satqınlığı var. Düşdülər ortaya, dayanmadan yazdılar, bununla da bütün istedadlıları məhv etdilər. Azərbaycan xalqını bu günə qoyanlardan biri də elə Ağakişi Kazımovdur".
Bahar Rüstəmli
AzNews.az