"Hazırda dövlət çevrilişi cəhdinə görə 9-u general olmaqla 288 hərbçi axtarışdadır". "Hazırda dövlət çevrilişi cəhdinə görə 9-u general olmaqla 288 hərbçi axtarışdadır".

Türkiyədə 288 hərbçi axtarışdadır - Çevriliş cəhdinə görə

"Hazırda dövlət çevrilişi cəhdinə görə 9-u general olmaqla 288 hərbçi axtarışdadır".


Bunu Türkiyənin milli müdafiə naziri Fikri Işık "Reuters"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindəki struktur islahatları hərbi çevriliş cəhdinə zəmin yaradılması ehtimalını aradan qaldırmaq məqsədilə həyata keçirilir: "Hökumətin atacağı addımlar NATO strukturuna və ruhuna uyğun olacaq".

Nazir həmçinin "İncirlik"dəki ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Suriyadakı İŞİD hədəflərini 15 iyul gecəsi də vurduğunu söyləyib.


Report.az