03:10
(077) 610-22-33

Qasırğa evlərin damını dağıtdı - Daşkəsəndə

  • >
2 576 27 Avqust 2016 13:59 | Region

Gecə Daşkəsəndə baş verən təbii fəlakət dağıntılara səbəb olub.


AzNews.az Kəpəz TV -yə istinadən xəbər verir ki, güclü küləklə müşayiət olunan qasırğa rayonda 10-dan artıq binanın və yaşayış evinin dam örtüyünü tamamilə dağıdıb.

2 saat ərzində davam edən qasırğa Daşkəsənin elektrik və rabitə təsərrüfatına da ciddi ziyan vurub. 50-dən artıq elektrik dirəyi aşıb, 500 metr məsafədə elektrik xəttləri qırılıb, rayonun Xoşbulaq kəndində ağacın aşması nəticəsində 1 avtomobilə ziyan dəyib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Bağla X