07:53
(077) 610-22-33

Kənd yerlərində ana ölümlərinin sayı artıb - Statistika

  • >
1 513 29 Avqust 2016 17:51 | Region

Ötən il əvvəlki illərlə müqayisədə doğuşun və hamiləliyin ağırlaşması nəticəsində baş verən zahı və hamilə ölümləri şəhər yerlərində 63,4 faiz azalıb, kənd yerlərində isə 48,7 faiz artıb.


Azərvaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumillikdə ana ölümləri 2014-cü illə müqayisədə 1,4 faiz azalıb.

Ötən il hər 100 000 nəfər diri doğulana 14,4 nəfər ana ölümü düşüb ki, onlardan 4,9 nəfəri şəhər, 23,5-i kənd yerlərində baş verib. 2010-cu ildə bu göstərici 15,7 nəfər olub ki, onun 19,6-sı şəhər, 11,9-u kənd yerlərində baş verib. Ötən il hər diri diri doğulan 1000 körpədən 1 yaşına qədər ölənlər arasında şəhərlərdə oğlanlar, kəndlərdə qızlar üstünlük təşkil edib. Ümumillikdə ötən il 1 yaşına qədər doğulanlar arasında ölənlərin 9,5 nəfəri qız, 12,2-si oğlan olub. Şəhərlərdə ölən körpələrdən qızlar 14,8, oğlanlar 20,8, kənd yerlərində qızlar 4,5, oğlanlar 4,3 nəfər olub.

Report.az
Bağla X