02:08
(077) 610-22-33

Gürcüstan Rusiya ilə dialoqa hazırdır

  • >
196 11 Dekabr 2012 08:43 | Region

Gürcüstan baş nazirinin Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiyanın gürcü tərəfi ilə dialoqa başlanmasına hazır olması barədə bəyanatını alqışlayır.

"Biz həm də cənab Lavrovun Rusiyanın Gürcüstan ilə ticari-iqtisadi əlaqələri bərpa etməyə hazır olduğu barədə verdiyi şərhə müsbət yanaşırıq. Biz Rusiya ilə sanballı və konstruktiv dialoqa hazır olduğumuzu vurğulayırıq", - deyə Zurab Abaşidze Tbilisidə keçirilən brifinqdə bildirib. APA-nın "RBK"ya istinadən verdiyi xəbərə görə, Zurab Abaşidze tərəflər arasında görüşün yaxın günlərdə İsveçrədə baş verə biləcəyini təsdiq edib və qeyd edib ki, Gürcüstan tərəfi Rusiya ilə dialoqun bərpası müqabilində qabaqcadan heç bir şərt irəli sürmür və eyni addımı Moskva tərəfindən də atılacağını gözləyir. "Cənab Lavrovun bəyanatına əsaslanaraq Rusiya tərəfi üçün bunun məqbul olmasını zənn etmək olar" – deyə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi qeyd edib. Zurab Abaşidzenin sözlərinə görə, birinci görüş texniki xarakter daşıyacaq. "Böyük ehtimalla görüş Rusiya XİN-nin ikinci simasıyla - cənab Karasinlə baş tutacaq", deyə o əlavə edib.

Zurab Abaşidze görüşün danışıqların Cenevrə formatına mane olmayacağına əmin olduğunu bildirib və danışıqların davam edəcəyinə ümid edib. "Söhbət tam yeni müstəqil kanal ilə aparılacaq siyasi dialoqdan gedir", - deyə o izah edib. Bundan əvvəl Gürcüstan XİN-nin rəhbəri Maya Pancikidze Rusiya tərəfi ilə görüşün bu həftə baş tutacağını bildirmişdi.

AzNews.az
Bağla X