07:51
(077) 610-22-33

Ermənilər Qarabağ müharibəsindən yeni film çəkir

  • >
169 11 Fevral 2013 11:58 | Region




Ermənilər Qarabağ müharibəsi haqqında yeni film çəkir. "Neytral zona – Qarabağda müharibə" adlanan filmin üzərində hazırda son tamamlama işləri gedir. Bu barədə məlumatı erməni mətbuatı yayıb.

Artak Zilfimyanın rejissoru olduğu filmin süjet xəttinə görə, xüsusi təyinatlı dəstə azərbaycanlı döyüşçülər tərəfindən əsir götürülən şəxslərin azad edilməsi əməliyyatına başlayır. Dəstə tapşırığı yerinə yetirir, ancaq tələyə düşür. Erməni döyüşçülər özlərini neytral zonaya çatdırmaq istəyirlər. Filmdə onların neçə il sonra görüşməsi əks etdirilib.

Yaradıcı heyəti süjet xəttinin real hadisələr üzərində qurulduğunu iddia edib. Primyeranın bu ilin aprelində, qondarma erməni soyqırımının ildönümü ərəfəsində baş tutacağı deyilir.

Elnarə Əlosmanqızı
AzNews.az


Bağla X